Cəmiyyət

Bank kartlarına yeni məhdudiyyət tətbiq edilir

24 Sep 2026, 17:38 1 baxış Admin
Bank kartlarına yeni məhdudiyyət tətbiq edilir

Azərbaycanda bəzi banklar eyni kateqoriyaya aid bank kartlarının bir müştəriyə birdən çox satışını məhdudlaşdırıb.

News24.az xəbər verir ki, bununla bağlı banklara müvafiq təlimatlar göndərilib. Artıq bəzi banklarda aktiv debet kartı olan müştəri eyni valyutada ikinci kartı sifariş edə bilmir.

Məhdudiyyətin tətbiqi bankdan banka dəyişir. Bəzi maliyyə qurumlarında qayda artıq qüvvədədir, digərlərində isə 1 oktyabrdan tətbiq olunacaq.

Qeyd olunur ki, müştəri fərqli valyutada ikinci debet kartı sifariş edə bilər.(oxuaz)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər