F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik — Ərdoğan
24 Sep 2026, 19:16
1 baxış
Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 məsələsini NATO çərçivəsində müzakirə etdiklərini bildirib.
News24.az xəbər verir ki, Ərdoğan bu barədə Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı artıq konkret addımlar atılmalıdır.
“Özü Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı müsbət iradə ortaya qoydu. Biz də bu iradənin artıq konkret addımlara çevrilməsini gözləyirik. Bu istiqamətdə təmaslarımızı davam etdiririk. Nəticə əldə edəcəyimizə inanıram”, - deyə Ərdoğan qeyd edib. (APA)
Mənbə:
news24.az