Moldova NATO-ya üzvlüklə bağlı qərarını açıqladı
24 Sep 2026, 20:02
1 baxış
Admin
"Moldova neytral statusunu qoruyub saxlamaq və NATO-ya üzv olmamaq niyyətindədir".
"Bakupost "Sputnik Moldova"ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Vasile Tofan açıqlayıb.
Tofan bildirib ki, hazırda Moldovanın bütün diqqəti Avropa İttifaqına üzvlüyə yönəlib. Onun sözlərinə görə, ölkə üçün bu, yalnız iqtisadi deyil, həm də təhlükəsizlik məsələsidir.
"NATO-ya gəlincə, biz neytral ölkəyik və hazırda neytral qalmağı planlaşdırırıq. Buna görə də NATO-ya üzv olmaq planlarımız yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, avqust ayında Moldova hökuməti NATO standartlarına keçidlə bağlı layihə sənədi dərc edib. Sənədə əsasən, Moldova ordunun təchizatını NATO ölkələrinin silah və texnikası ilə uyğunlaşdırılması nəzərdə tutulan silah, texnika və xüsusi avadanlıqlarla yeniləməyi planlaşdırır.
Mənbə:
bakupost.az