Digər

Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? -

24 Sep 2026, 21:07 1 baxış Admin
Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? -

Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.


S.Rüstəmxanlı verilişdə müasir toyların təşkili, musiqi seçimi, gəlin və bəyin məclisdəki rolu, eləcə də şadlıq saraylarına verilən adlarla bağlı fikirlərini bölüşüb.
Xalq şairi toy məclislərində baş verən bəzi dəyişiklikləri mənəvi terror kimi qiymətləndirərək, milli adət-ənənələrdən uzaqlaşmanın yolverilməz olduğunu bildirib.
O, xüsusilə şadlıq evlərində musiqinin saatlarla fasiləsiz səsləndirilməsini və milli rəqslərin arxa plana keçməsini tənqid edib. Şairin sözlərinə görə, müasir toylar getdikcə diskotekaya çevrilir:
"Dörd-beş saat ara vermədən musiqi səslənir. Heç onun adı musiqi də deyil, diringidir. Və rəqslər də qəribədir. Azərbaycan rəqslərində kişilərimiz qol götürərdi, məğrur şəkilfə "Qaytağı", "Ləzginka" oynayardı. Yaxud qadınlarımızın gözəl rəqsləri vardı. İndi toylarda bunların heç biri yoxdur.Cavanlar istəyirdilər ki, yarım saatlıq da olsa, diskoteka havasında mahnılar olsun, Avropa sayağı atılıb-düşsünlər. Başa düşürəm. Amma indi bütün toyları bara çevirirlər. Bütün toylar diskotekaya çevrilir".
Şair gəlinlərin geyimi ilə bağlı da narazılığını ifadə edib. O, bəylərin toy mərasimində gəlinin uzun ətəyini yığmaq məcburiyyətində qalmasını qınayıb:
"Gəlinlə bəy gəlir, Allah xoşbəxt eləsin, ancaq, gəlinin sinəsi açıq olur. Məncə, gəlin bir az daha qapalı geyinə bilər. O qədər gözəl geyimlər var ki... Lakin mən maraqlandım, Bakıda gəlin paltarları satılan yerlər qəsdən o cür paltarlar tikirlər və camaat da normal gəlinlik tapa bilmir. Ətək də üç metrə uzanır, yerlə sürünür. Bəy bəylik kürsüsündə əyləşməkdənsə, elə yolboyu gəlinin ətəyini yığmaqla məşğuldur. Birinci gündür, camaat içinə çıxıb, gəlinin yanında şax gəzməlidir. Bu ağadır, bu bəydir elə. Bu toyun sahibidir. Amma yox! Bəy əyilir, ancaq ətək toplaya-toplaya gəzir. Bu bəyi niyə sındırırsınız? Bəyi niyə bu ətəyin quluna çevirirsiniz? Bu geyimi normal tikin ki, gəlin normal gəzə bilsin.
Dəyişilə-dəyişilə, bütün yaxşı şeylər, milli özəllikləri, milli gözəllikləri itirə-itirə gedirik. Amma hara gedirik?!"

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər