Hörmüz ABŞ-la İranın məsələsi deyil - Ərdoğan
24 Sep 2026, 22:32
1 baxış
Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazındakı vəziyyətin artıq yalnız ABŞ və İran arasında problem olmadığını bildirib.
"Bakupost" xəbər verir ki, Ərdoğan bunu ABŞ səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti ölkəsinin Hörmüz boğazının gəmiçilik üçün bağlanmasının əleyhinə olduğunu vurğulayıb.
“Hörmüzdəki vəziyyət göstərir ki, məsələ artıq yalnız İranla ABŞ arasında problem deyil. Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin qorunması vacibdir. Çünki boğazdakı hər bir gərginlik yalnız region ölkələrinə deyil, Avropaya, Asiyaya, enerji bazarlarına, nəqliyyata və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir edir”, - Ərdoğan bildirib.
Onun sözlərinə görə, son dövrdə kommersiya gəmiçiliyinin kəskin azalması problemin miqyasını açıq şəkildə göstərir.
Ərdoğan qeyd edib ki, Hörmüz boğazının açıq olması qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyır.
“Problemlərin dialoq və danışıqlar yolu ilə həllinin açarı kimi Hörmüz açılmalıdır. Bütün tərəflərə mümkün qədər tez danışıqlar masasına qayıtmağın vacibliyini bildiririk. Yeni cəbhələr deyil, yeni diplomatik kanallar açılmalıdır”, - Türkiyə Prezidenti deyib.
Mənbə:
bakupost.az