Dünya

Netanyahunun çıxışı zamanı zalı tərk etdilər - VİDEO

24 Sep 2026, 23:08 1 baxış Admin
Netanyahunun çıxışı zamanı zalı tərk etdilər - VİDEO

İran nümayəndə heyəti İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edib. Nümayəndə heyəti öz yerində 2020-ci ildə ABŞ tərəfindən öldürülən SEPAH-ın “Qüds” xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin portretini qoyub.

News24.az xəbər verir ki, İsrail hökumətinin başçısı çıxışı zamanı “Starlink” rabitə qurğusunu nümayiş etdirib. O, məhz bu cihazın insanlara “həqiqətə çıxış əldə etməyə, fikir və söz azadlığını həyata keçirməyə” imkan verdiyini vurğulayıb.

Netanyahu bildirib ki, məhz buna görə İran rejimi internetə senzura tətbiq etmək üçün milyardlarla dollar xərcləyir.

O, həmçinin “Starlink” cihazının İran nümayəndə heyətinə çatdırılmasını xahiş edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər