Daha bir ölkə İranla uçuşları dayandırdı
24 Sep 2026, 23:57
2 baxış
Admin
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sentyabrın 24-dən etibarən İran aviaşirkətlərinin ölkəyə və ölkədən bütün uçuşlarını dayandırıb.
News24.az xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bu qərar ABŞ-nin İran aviaşirkətlərinin dünya üzrə hava limanlarına girişini qadağan etməsindən sonra qəbul edilib. Məhdudiyyətlər növbəti xəbərdarlığa qədər qüvvədədir və hava səyahətlərinin bərpası ilə bağlı məlumat xəbərlər yayılan kimi dərc olunacaq.
BƏƏ-yə bütün İran aviaşirkətlərinin uçuşları gecə yarısından etibarən ləğv edilib. (Unikal)
Mənbə:
news24.az