Sumqayıtda baş verən qəzada bir nəfər öldü
25 Sep 2026, 00:33
1 baxış
Admin
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News24.az-ın məlumatına görə, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub, nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanın başvermə səbəbləri araşdırılır. (Report)
Mənbə:
news24.az