74 yaşlı kişi özündən 6 yaş kiçik şəxsə kəsici alətlə xəsarət yetirdi
24 Sep 2026, 23:45
1 baxış
Admin
Sumqayıt şəhərində iki nəfər arasında mübahisə qanla nəticələnib.
News24.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.
Hadisə zamanı 1952-ci il təvəllüdlü Abdullayev Əli Alpənah oğlunun aralarında yaranmış münaqişə zəminində 1958-ci il təvəllüdlü İmanov Tofiq İskəndər oğluna kəsici alətlə xəsarət yetirdiyi bildirilir.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır. (Teleqraf)
Mənbə:
news24.az