Çexiyalı qapıçı 20 il müddətinə futboldan uzaqlaşdırıldı
24 Sep 2026, 23:20
1 baxış
Admin
Çexiyalı qapıçı Marek Kalina danışılmış oyunlarda iştirakına görə 20 il müddətinə diskvalifikasiya olunub.
News24.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
29 yaşlı Kalina danışılmış oyunların təşkilində və korrupsiyada iştirakına görə assosiasiyanın keçirdiyi bütün tədbirlərdən kənarlaşdırılıb və 500 000 kron (təxminən 20 500 avro - red.) məbləğində cərimələnib.
Futbolçu beş il ərzində baş verən 11 epizod üzrə təqsirli bilinib.
Qeyd edək ki, Kalinanın son klubu Çexiya çempionatının dördüncü divizionunda çıxış edən "Znojmo" olub. (Oxu.az)
Mənbə:
news24.az