Sabah Bakının bu ərazilərində qaz olmayacaq
24 Sep 2026, 23:19
3 baxış
Admin
Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq.
"Bakupost" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsində və Binə Atçılıq yaşayış massivində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə:
bakupost.az