“Tesla”da yeni dövr: “Grok” artıq sizin yerinizə iş görəcək
24 Sep 2026, 16:54
2 baxış
Admin
“Tesla” avtomobillərində “Grok” süni intellekt köməkçisinin imkanları genişləndirilib. Yeni “Grok Bot” funksiyası istifadəçilərə müxtəlif işləri səsli əmrlə yerinə yetirməyə imkan verir.
“Bakupost” xəbər verir ki, sentyabrın 22-dən istifadəyə verilən funksiya vasitəsilə istifadəçilər e-poçtlarını, təqvimlərini, fayllarını və mesajlarını idarə edə bilirlər.
“Grok Bot” qəhvə sifarişi verə, restoranda rezervasiya edə və təqvimə görüş əlavə edə bilir. Həmçinin e-poçtları yoxlamaq və səfərlə bağlı məlumatları təqvimə əlavə etmək mümkündür.
Funksiya hazırda “SuperGrok Heavy” abunəçiləri üçün əlçatandır.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az