Digər

Neft ucuzlaşdı: İran-ABŞ danışıqları bazarı hərəkətə gətirdi

24 Sep 2026, 13:54 2 baxış Admin
Neft ucuzlaşdı: İran-ABŞ danışıqları bazarı hərəkətə gətirdi

Neftin qiyməti İranın ABŞ ilə müharibəni diplomatik yolla bitirməyə açıq olduğunu bildirməsindən sonra geriləyib.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin bir barreli 0,9 faiz ucuzlaşaraq 102,13 dollara, “WTI” markalı neft isə 0,7 faiz azalaraq 91,56 dollara düşüb.
İran və ABŞ arasında danışıqların davam etdiyi, tərəflərin müharibənin başa çatdırılması ilə bağlı hələ razılığa gəlmədiyi bildirilir. Hörmüz boğazının açılması və ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması danışıqlarda əsas məsələlərdən biri olaraq qalır.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər