Cəmiyyət

Əhaliyə 633 milyon manat çox olmaqla 7 milyard manat ödənilib

24 Sep 2026, 15:31 2 baxış Admin
Əhaliyə 633 milyon manat çox olmaqla 7 milyard manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
Bu barədə "Bakupost"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, o cümlədən, 8 ayda
· pensiyalar üzrə 5 milyard 222 milyon manat,
· müavinətlər üzrə 961 milyon manat,
· təqaüdlər üzrə 542 milyon manat,
· ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.
Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər