Cəmiyyət

3 yaşlı Leyla xeyirxah insanların

24 Sep 2026, 19:05 1 baxış Admin
3 yaşlı Leyla xeyirxah insanların

Balaca Leylanın mübarizəsi hələ bitməyib. O, cəmi üç yaşında olmasına baxmayaraq, artıq çox ağır bir yol keçib. Beynində görmə sinirlərinə yaxın nahiyədə yerləşən şiş onun sol gözünün görməsini demək olar ki, əlindən alıb və ailənin bütün ümidi sağ gözün qorunmasına bağlanıb.
21 iyulda Leyla Türkiyədə ağır əməliyyat keçirib və əməliyyat uğurla başa çatıb. Şişin xoşxassəli olduğu məlum olub, lakin çox həssas və təhlükəli nahiyədə yerləşdiyinə görə onu tam çıxarmaq mümkün olmayıb. Həkimlər görmə sinirlərinə və həyati vacib strukturlara zərər verməmək üçün şişin bir hissəsini saxlamaq məcburiyyətində qalıblar.
İndi Leylanın qarşısında müalicənin növbəti və çox vacib mərhələsi dayanır – radioterapiya və kimyaterapiya. 14 sentyabr 2026-cı il tarixli tibbi sənədlərə əsasən, müalicənin hazırkı mərhələsində konsultasiyalar, kompüter tomoqrafiyası, radioterapiya, xüsusi immobilizasiya maskası, MRT və görmə sahəsinin müayinəsi daxil olmaqla xərclər təxminən 11 815–11 895 ABŞ dolları təşkil edir. Bundan əlavə, sənəddə gündəlik anesteziyanın qiyməti 500 ABŞ dolları göstərilib. Əgər 30 seansın hər birində anesteziya tələb olunarsa, ümumi xərc təxminən 26 815–26 895 ABŞ dollarına çata bilər. Kimyaterapiyanın məbləği isə bu hesablamaya daxil deyil və ayrıca müəyyən ediləcək. Ailə indiyə qədər Leylanın müalicəsi üçün bütün imkanlarını səfərbər edib, əllərində olan vəsaiti xərcləyib, ciddi şəkildə borclanıb və böyük kredit yükü altına düşüb. Buna baxmayaraq, müalicəni davam etdirmək üçün vəsait yenə də kifayət etmir. Buna görə ailə bir daha xeyirxah və biganə qalmayan insanlara müraciət etmək məcburiyyətindədir.
"Leyla həyatı yeni tanımağa başlayan balaca bir uşaqdır. O, dünyanı görmək, valideynlərinin üzünü görmək, oynamaq, gülmək, məktəbə getmək və yaşıdları kimi sağlam böyümək haqqına malikdir. Biz artıq onun bir gözünü demək olar ki, itirmişik və indi bütün gücümüzlə digər gözünün görməsini qorumağa çalışırıq. Bu gün edilən hər bir yardımın məbləği nə qədər olursa-olsun, Leyla üçün böyük əhəmiyyət daşıyır. Bir insan üçün kiçik görünən məbləğ onun üçün növbəti müalicə günü, növbəti prosedur və növbəti ümid ola bilər. Xahiş edirik, Leylanı bu mübarizədə tək qoymayın. Bu balaca qızın dünyanı öz gözləri ilə görməsi üçün ona bir şans verin".
Əlaqə nömrəsi: +994 50 299 33 59.
Kart hesabı:
4400430221563106
ROVSHAN ILYASOV




Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər