Cəmiyyət

Müəllimlərin gözlədiyi xəbər gəldi: bu tarixlərə diqqət

24 Sep 2026, 22:11 1 baxış Admin
Müəllimlərin gözlədiyi xəbər gəldi: bu tarixlərə diqqət

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.

News24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Qeyd edək ki, 28-29 sentyabr tarixlərində təşkil olunacaq prosesdə sənədlərin yoxlanılması mərhələsində 288 nəfər müəllimin iştirakı nəzərdə tutulur.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər