Bakıda avtobus həyətin girişində qaldı: Sakinlər köməyə gəldi
18 Sep 2026, 15:07
1 baxış
Admin
Bu gün səhər Yasamal rayonunda 10 nömrəli marşrut avtobusu Müstəqillik küçəsindəki MİDA yaşayış kompleksinin həyətinin girişində sıradan çıxıb.
News24.az xəbər verir ki, avtobus səhər saat 07:00 radələrində nasazlandığı üçün yolun hərəkət hissəsində ilişib qalıb. Nəticədə kompleksə giriş-çıxışda çətinlik yaranıb.
Ərazidəki sakinlər avtobusun yoldan kənarlaşdırılması üçün cəhd göstərsələr də, buna nail olmayıblar. Az sonra sürücü nəqliyyat vasitəsini işə sala bilib və onu yolun kənarına çəkib. Bununla da ərazidə hərəkət normal vəziyyətə qayıdıb.
Mənbə:
news24.az