NATO bizimlə müharibəyə hazırlaşır - Rusiyalı deputat
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev NATO-nun Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını iddia edib.
News24.az-ın məlumatına görə, Sobolev bu fikrini Rusiya qırıcı təyyarələrinin Litvanın hava məkanını pozduğu barədə yayılan məlumatlarla əlaqələndirib.
Deputat bildirib ki, son illərdə NATO ölkələrinin Kalininqrad vilayətinin və Kareliyanın ələ keçirilməsi, eləcə də Baltik Donanmasının məğlub edilməsinə yönəlmiş çoxsaylı təlimlər keçir:
“Onlar, yəqin ki, son illərdə Kalininqrad bölgəsini, Kareliyanı ələ keçirmək və Baltik Donanmasını məğlub etmək üçün 24 təlim keçiriblər. Yəqin ki, bu barədə ictimaiyyətə məlumat vermirlər. Onlar rusların aqressiv olduğunu, Litvanın, Latviyanın və ya başqa bir ölkənin hava məkanını pozduqlarını deyirlər”, - deyə Sobolev qeyd edib.
O əlavə edib ki, NATO ölkələrinin bu cür fəaliyyətləri Rusiya ilə müharibəyə hazırlığın göstəricisidir.