Makronun həyat yoldaşının kişi olduğunu deyən jurnalist öldü
18 Sep 2026, 17:20
2 baxış
Admin
Fransanın birinci xanımı Bricit Makrona qarşı qarşı böhtan iddiasında qalib gələn fransız jurnalist Nataşa Rey vəfat edib.
News24.az xəbər verir ki, Nataşa 2021-ci ildə apardığı "araşdırmanı" təqdim edərək, Bricit Makronun əslində transseksual qadın olduğunu və doğularkən ona "Jan-Mişel Trognyö" (Bricit Makronun qardaşının adı) adı verildiyini iddia etmişdi.
Bricit Makron və onun ailə üzvləri bu iddiaları qəti şəkildə rədd edərək Nataşa Reyi və ona platforma yaradan digər şəxsləri böhtan və şəxsi həyata müdaxilə ittihamı ilə məhkəməyə vermişdilər.
2026-cı ilin sentyabr ayında bu məsələ ilə bağlı Paris məhkəməsində növbəti proses yekunlaşıb və Nataşa Reyin bu hüquqi mübarizədə qələbə qazandığı (iddiaların müəyyən bəndləri üzrə) bildirilib.
Mənbə:
news24.az