“Neftçi” futbolçuları meydana dəbilqə ilə çıxdı - Video
18 Sep 2026, 18:32
1 baxış
Admin
“Neftçi” klubu bu gün Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qarşı keçirilən oyuna dəbilqə ilə çıxıb.
News24.az xəbər verir ki, onlar bunu “Neftçilər günü” münasibətilə ediblər.
Həmçinin futbolçuların əlində pankart olub. Pankartda isə “Milli sərvətimizin qəhrəmanları – Neftçilər gününüz mübarək” sözləri yazılıb.
Qarşılaşmadan öncəki məşqdə isə futbolçuların əynində üzərində 1000 yazılmış formalar olub. Bu isə “Neftçi”nin Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxmasının şərəfinə edilib.
Mənbə:
news24.az