Cəmiyyət

“Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir?

18 Sep 2026, 19:46 1 baxış Admin
“Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir?

Ulubəy MMC-yə məxsus Yeni Şəhər Yaşayış Kompleksində yerləşən ərazi ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bu barədə "Bakupost"a MTK-dan bildirilib.
Məlumata görə, qeyd olunan ərazi layihəyə uyğun olaraq istirahət məkanı (park) kimi nəzərdə tutulub. Hazırda həmin ərazidə tikinti qanunvericiliyinə uyğun olaraq abadlıq və quruculuq işləri davam etdirilir.
"Bu məsələ ilə bağlı Yeni Şəhər Yaşayış Kompleksinin sakinləri tərəfindən şirkətimizə hər hansısa bir şikayət daxil olmayıb",- açıqlamada deyilib.
Qeyd edək ki, Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən “Ulubəy” MTK şirkətinin inşa etdiyi “Yeni Şəhər” yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olması ilə bağlı "Qafqazinfo"ya müraciət ünvanlayıblar. Müraciətdə uzun illərdir bu kompleksdə içməli su, səs-küy, parkinq və digər problemlərin qalmaqda olduğu, yaşayış kompleksinin həyətinin hasarlandığı, orada “Ulubəy” MTK-nın rəhbəri tərəfindən bağ evi tikdirildiyini iddia edilib. Həmçinin vətəndaşlar yaşayış kompleksində fəaliyyət göstərən “Mavi dəniz” restoranının onlara əlavə problemlər yaratmasından şikayətləniblər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər