Dünya

Rusiya Ermənistana xəbərdarlıq etdi

18 Sep 2026, 21:34 1 baxış Admin
Rusiya Ermənistana xəbərdarlıq etdi

Ermənistan əmin edib ki, ölkədəki yerli investisiyalar təhlükə altında deyil, lakin bu bəyanatlar reallığı tam əks etdirmir.


"Bakupost" APA-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, getdikcə daha çox ekspert ölkədə siyasi motivli "əmlakın yenidən bölüşdürülməsi" əlamətlərinin müşahidə olunduğunu qəbul edir.
Qaluzin vurğulayıb ki, Ermənistanda Rusiya iqtisadi operatorlarının maraqlarının pozulması Rusiya tərəfindən cavabsız qalmayacaq.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər