Dünya

“TikTok”-un qurucusu Asiyanın ən varlı şəxsi oldu

18 Sep 2026, 23:17 1 baxış Admin
“TikTok”-un qurucusu Asiyanın ən varlı şəxsi oldu

Süni intellektə yatırımlar və şirkətin son qiymətləndirmələri sayəsində sərvətini bu ay 12 milyard dollar artıran “TikTok”-un əsas şirkəti ByteDance-in qurucusu Çjan İminq Asiyanın ən varlı şəxsi olub.


"Bakupost" Sfera.az-a istinadla xəbər verir ki, çinli sahibkarın sərvəti 105,5 milyard dollara çatıb. Bununla o, 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub.
ByteDance şirkətinin təxminən 21 faizinə sahib olan Çjan İminqin sərvəti “BlackRock” və “Fidelity” şirkətlərinin yeni qiymətləndirmələrindən sonra bu ay 12 milyard dollar artıb. 2019-cu ildə 13 milyard dollar sərvəti olan sahibkar son 7 ildə var-dövlətini təxminən 8 dəfə artırıb.
ByteDance-in “TikTok” və Douyin platformalarından əldə etdiyi məlumatlarla süni intellekt modellərini inkişaf etdirdiyi bildirilir. ABŞ-la yaşanan problemlərə və tənzimləyici maneələrə baxmayaraq, şirkət bu sahəyə yatırımlarını davam etdirir.
Süni intellekt sahəsindəki inkişaflar digər milyarderlərin sərvətinə də təsir edib. “Dell Technologies” şirkətinin qurucusu Maykl Dellin sərvəti 262 milyard dollara, “Google”un həmtəsisçisi Larri Peycin sərvəti isə 252 milyard dollara çatıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər