Rusiya Odessada binanı vurdu: ən azı 10 nəfər yaralandı
18 Sep 2026, 21:41
1 baxış
Admin
Sentyabrın 18-i günortadan sonra Rusiya hərbi qüvvələri Odessaya pilotsuz təyyarə ilə hücum edib. “Ukrzaliznitsa”nın inzibati binalarından birinə zərbə endirilib.
"Bakupost" xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, cümə günü günortadan sonra yenidən hava hücumu xəbərdarlığı verilib və monitorinq kanalları Odessa üzərində reaktiv mühərrikli dronlar barədə xəbərdarlıq edib. Bir müddət sonra şəhərdə partlayış səsləri eşidilib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Baş İdarəsinin sözçüsü Marina Averinanın sözlərinə görə, hücum 11 mərtəbəli inzibati binaya dəyib. Hücum nəticəsində ən azı 10 nəfər yaralanıb.
Mənbə:
bakupost.az