“Hər gün səhər 1 saat idman edirəm” – 86 yaşlı Niyaməddin Musayev
18 Sep 2026, 16:33
1 baxış
Admin
Xalq artisti Niyaməddin Musayev sağlam qalmaq üçün hər səhər idman etdiyini bildirib.
“Bakupost” xəbər verir ki, 86 yaşlı sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb.
O, səhər yuxudan oyandıqdan sonra günə necə başladığını belə izah edib:
“Səhər yuxudan oyanan kimi əl-üzümü yuyuram, çay içirəm. Hələ yemək yemirəm, 45 dəqiqə gəzirəm. Sonra 1 saat idman edirəm. Bir də saat 5-6-da yeyirəm. Vəssalam”.
Mənbə:
bakupost.az