Digər

Alimlərdən beyinlə bağlı kəşf: başımızda iki orqan var

18 Sep 2026, 15:51 1 baxış Admin
Alimlərdən beyinlə bağlı kəşf: başımızda iki orqan var

Stenford Universitetinin alimləri insan beyninin əslində iki ayrı qədim sinir sisteminin birləşməsindən formalaşa biləcəyini müəyyən ediblər.

News24.az xəbər verir ki, araşdırmaya görə, beynin ön və orta hissələri bir hüceyrə qrupundan, arxa hissəsi və beyin kötüyü isə başqa hüceyrə qrupundan inkişaf edir.

Alimlər hesab edir ki, bu iki sinir sistemi yüz milyonlarla il əvvəl ayrı-ayrılıqda mövcud olub, daha sonra təkamül prosesində birləşib.

Tədqiqatın nəticələrinin beyin xəstəliklərinin öyrənilməsi və yeni müalicə üsullarının hazırlanması üçün əhəmiyyətli ola biləcəyi bildirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər