Dünya

Tramp İrana yeni hücuma hazırlaşır?

18 Sep 2026, 16:12 2 baxış Admin
Tramp İrana yeni hücuma hazırlaşır?

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı ilə bağlı mühüm qərar verməli olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, Tramp İranla müharibəni başa çatdırmaq üçün genişmiqyaslı hücuma başlayıb-başlamamaq barədə düşündüyünü deyib.
Tramp gələn həftə Nyu-Yorkda Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə görüşəcəyini bildirib. O, bu görüşdə region ölkələrinin mövqeyini öyrənmək istədiyini qeyd edib.
ABŞ Prezidenti İranın ABŞ ilə birbaşa əlaqədə olduğunu və razılaşma əldə etmək istədiyini də bildirib.
Tramp gələn həftə BMT Baş Assambleyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə biləcəyini də deyib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər