Cəmiyyət

““Flora Kərimova Afətlə barışdı” deyib adama gülməzlər?”-

18 Sep 2026, 15:54 1 baxış Admin
““Flora Kərimova Afətlə barışdı” deyib adama gülməzlər?”-

“Hansı “barışıq”? Kimin uydurmalarını dərc edirsiniz?” – Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə barışması barədə yayılan məlumata etiraz edib.
"Bakupost" xəbər verir ki, Flora Kərimova sosial şəbəkədə sözügedən xəbərin şərh bölməsində Afət Fərmanqızı ilə barışmadığını bildirib və yayılan məlumatı yalan adlandırıb:
“Bu kimi yalan məlumatlar məhz mənim bioqrafiyamda qalır. Sizin və başqaları üçün yalançı xəbər və fəxarət ola bilər. “Flora Kərimova Afətlə barışdı” deyib adama gülməzlər? Bu o söyüşlərlə barışmaq, böhtan və təhqirləri qəbul etmək deməkdir! O sözləri mənim qəbul edib barışa biləcəyimi xəyal edirsinizsə, demək, məni tanımırsınız.Yox, siz özünüzü mənim yerimə qoyub barışarsınızsa, bu, sizin vicdanınızın miqyasıdır.Sayğılarımla”.
Gülsüm Baxşəliyeva,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər