Lavrov xalqa müraciət etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasına seçkilərlə bağlı Rusiya xalqına müraciət edib.
News24.az-ın məlumatına görə, Lavrov müraciətində IX çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına deputat seçkilərində səsvermənin başladığını bildirib.
“Dostlar, IX çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına deputat seçkilərində səsvermə başlayıb. Bu gündən sentyabrın 20-si, bazar gününə qədər hamımız ölkə üçün vacib bir seçim etməliyik”, - deyə nazir bildirib.
Lavrov müraciətində Rusiya Prezidenti Vladimir Putinin seçkilərin ölkənin gələcəyi, inkişafı, təhlükəsizliyi və suverenliyinin təmin olunması baxımından əhəmiyyətini vurğuladığını qeyd edib.
XİN rəhbəri bildirib ki, Putin vətəndaşları konstitusion hüquqlarından istifadə etməyə və məsuliyyətli qərar qəbul etməyə çağırıb.