Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu
17 Sep 2026, 23:09
1 baxış
Admin
Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə TRİPP layihəsinin icrası prosesi müzakirə olunub.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, TRİPP Development Company (TDC) şirkətinin qarşıdakı fəaliyyəti, xüsusən də şirkətin nizamnaməsinin və səhmdar müqaviləsinin layihəsi üzərində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin həyata keçirilməsi ilə bağlı bu formatda müzakirələr davam edəcək.
Mənbə:
bakupost.az