İsveçdə hərbi poliqonda partlayış: yaralılar var
17 Sep 2026, 23:42
1 baxış
Admin
İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb.
News24.az-ın "Sveriges Radio"ya istinadən məlumatına görə, partlayış saat 16:00-dan sonra (Bakı vaxtı ilə saat 18:00) Karlsborq şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda baş verib.
Məlumata görə, yaralanan yeddi nəfərdən beşi reanimasiyadadır. İsveç Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, yaralananların bəziləri hərbçilərdir.
Polis partlayışın səbəbini araşdırır. (Report)
Mənbə:
news24.az