Çılpaq reklama görə 204 min izləyicisini itirdi – FOTO
17 Sep 2026, 23:31
1 baxış
Admin
Amerikalı aktrisa Sidney Suini bukmeker şirkəti üçün çəkildiyi reklamdan sonra sosial şəbəkədə izləyicilərinin bir hissəsini itirib.
News24.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Reklam çarxı instaqramda milyondan çox bəyənmə toplasa da, aktrisa görüntülərə görə tənqid olunub. Suini reklamda sinəsini futbol topları ilə örtüb. Bu isə qadın idmanının seksual təqdim olunması ilə bağlı müzakirələrə səbəb olub.
Reklam yayımlandıqdan sonra üç gün ərzində Suini əvvəlcə 50 min yeni izləyici qazanıb. Daha sonra isə 204 min istifadəçi onu izləmədən çıxarıb.
Bununla belə, Suini 25 milyondan çox izləyicisini qoruyub saxlayır. (axsam.az)
Mənbə:
news24.az