Baş nazir turistlərə ölkəsində ölməyi qadağan etdi
17 Sep 2026, 23:40
1 baxış
Admin
Taylandın Baş nazirinin müavini və daxili işlər naziri Anutin Çarnvirakul qanunu pozan əcnəbiləri ölkəni tərk etməyə çağırıb.
Sərt çıxışında hökumət rəsmisi xüsusilə əcnəbilər tərəfindən dini məkanların və şəxsi qəbiristanlıqların yaradılması məsələsinə toxunaraq, faktiki olaraq turistlərə ölkə daxilində vəfat etməyi qadağan edib.
“Bu yaxınlarda özəl qəbiristanlıq tikmək barədə bir tələbdən xəbərdar oldum. Bu artıq həddi aşmaqdır. Bura gəlməyinizə icazə verdiyimiz üçün minnətdar olmalısınız”, – deyə Çarnvirakul deyib.
Onun sözlərinə görə, belə təşəbbüslər qanunvericiliyə uyğun olmalı, həmçinin Tayland cəmiyyətinin və mədəniyyətinin xüsusiyyətlərini nəzərə almalıdır.
“Əgər öləcəksinizsə, gedin öz ölkənizdə ölün, burada ölməyiniz üçün heç bir səbəb yoxdur”, – o bildirib.
Nazir həmçinin əcnəbilərin restoran açmaq üçün icazə alıb, sonradan həmin məkandan dini mərasimlər üçün istifadə etməsi hallarını yolverilməz adlandırıb.
Mənbə:
bakupost.az