Cəmiyyət

Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanıldı

17 Sep 2026, 23:53 1 baxış Admin
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanıldı

Cəlilabad rayonunun Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işlərinə başlanılıb.

News24.az xəbər verir ki, bu barədə APA-ya tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.

Hazırda abidənin ərazisində mütəxəssislər tərəfindən tədqiqat və qazıntı işləri aparılır. Araşdırmalar nəticəsində yaşayış məskəninin tarixi, burada məskunlaşmış insanların həyat tərzi və maddi-mədəni irsi ilə bağlı yeni faktların üzə çıxacağı gözlənilir.

Qazıntılar zamanı aşkar ediləcək arxeoloji materialların Xudutəpə yaşayış məskəninin tarixinin daha ətraflı öyrənilməsinə imkan yaradacağı bildirilir.

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər