Dövlət Vergi Xidmətinin Baş İdarəsinin rəisi təyin edildi
17 Sep 2026, 22:30
1 baxış
Admin
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin edilib.
"Bakupost" Banker.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Kamran Rəşad oğlu Səfərəliyev təyin olunub. O, 2022-ci ilin avqustundan 2026-cı ilin avqustunadək həmin Baş İdarənin rəis müavini vəzifəsində çalışıb.
Kamran Səfərəliyev vergi orqanlarında fəaliyyətə 2018-ci ilin oktyabrında başlayıb. O, 2018-2019-cu illərdə Vergilər Nazirliyində şöbə rəisi, 2019-2022-ci illərdə isə departament rəisinin müavini vəzifələrində işləyib.
Bundan əvvəl Səfərəliyev təxminən 9 il “EY” beynəlxalq audit şirkətində çalışıb. O, burada audit üzrə müxtəlif vəzifələrdən başlayaraq Assurance Manager vəzifəsinədək yüksəlib. Fəaliyyəti əsasən neft-qaz, telekommunikasiya, sənaye və digər iri şirkətlərin auditini əhatə edib.
Səfərəliyev 2014-cü ildə üç aylıq müddətdə “EY Budapest” ofisində də çalışıb. 2017-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllim kimi fəaliyyət göstərib.
Mənbə:
bakupost.az