ABŞ-dən Səudiyyə Ərəbistanına şok qadağa: İran bəhanədir, əsl səbəb başqadır?
17 Sep 2026, 15:25
1 baxış
Admin
ABŞ husilərə qarşı əməliyyatlarda Səudiyyə Ərəbistanına hava dəstəyi verməyəcək.
“Bakupost” xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb.
Vaşinqton administrasiyası öz imtinasını hazırda diqqətini İranla münaqişəyə yönəltməsi ilə izah edib.Doğrudanmı dəstək verməkdən imtina diqqətinin İrana yönəlməsilə bağlıdır? Yoxsa burada başqa məqamlar var?
Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, Vaşinqtonun Əl-Riyada husilərlə mübarizədə hərbi hava dəstəyi verməməsinə daha çox alver predmeti kimi baxır:
“Yaranmış durumda Səudiyyə Ərəbistanı ABŞ-dən əlavə silahların alınmasını xahiş edəcək. Aydındır ki, bu vəziyyətdə öz növbəsində ABŞ-də hərbi sənaye kompleksi üzrə sifarişlərin artmasına gətirib çıxaracaq. ABŞ Prezidenti Donald Tramp da çalışır ki, mövcud vəziyyətdən istifadə edərək, Əl-Riyadın daha çox xərc çəkməsinə nail olsun. Əl-Riyad Vaşinqtonla hərbi sahədə dil tapmağa məcburdur ki, ABŞ ona yardımçı olsun. Bunu Tramp da gözəl bilir. Ona görə də belə oyunlar oynayır”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az