Erməni nazir: "Azərbaycan benzini olmasaydı, yanacaq dəfələrlə bahalaşardı"
17 Sep 2026, 16:06
1 baxış
Admin
“Alternativ yanacaq tədarükü, o cümlədən Azərbaycandan idxalı olmasaydı, ölkədə benzinin qiyməti faizlərlə deyil, dəfələrlə artardı”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
“Ermənistana neft məhsullarının, xüsusilə də Azərbaycan benzininin alternativ tədarükü olmasaydı, Ermənistan bazarında yanacağın qiyməti bir neçə faiz deyil, dəfələrlə, yaxud ən azı bir neçə yüz dram bahalaşardı”, – deyə Papoyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistan dünyadan təcrid olunmuş vəziyyətdə qala bilməz. Dünya bazarında neftin qiyməti yeni rekord həddə çatdıqda, bu, istər-istəməz yanacağın maya dəyərinə təsir göstərir.
Mənbə:
news24.az