Çingiz Əlioğlunun vəfatından 40 gün ötür
17 Sep 2026, 16:45
1 baxış
Admin
Bu gün görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun vəfatından 40 gün ötür.
“Bakupost” xəbər verir ki, Çingiz Əlioğlu 29 iyun 1944-cü ildə Füzuli şəhərində anadan olub. O, ədəbi yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda dərc olunan “Xatirələr” şeiri ilə başlayıb.
Şair şeirlər, hekayələr, publisistik yazılar və bədii tərcümələr müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə edilib.
Çingiz Əlioğlu 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.
O, uzun illər “Gənclik” nəşriyyatında və Azərbaycan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb, Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi olub. Müxtəlif beynəlxalq ədəbi tədbirlərdə Azərbaycanı təmsil edən Çingiz Əlioğlu Beynəlxalq “Kalevala” Cəmiyyətinin də üzvü olub.
Şair bu il avqustun 9-da vəfat edib.
“Bakupost” mərhum şairin Sabir Rüstəmxanlının 50 illik yubileyində lentə alınan, 30 il əvvəlki görüntülərini təqdim edir:
Lalə, BakuPost
Mənbə:
bakupost.az