Dünya

Belçikada "Qərbi Nil"ə yoluxma sayı 10 oldu

17 Sep 2026, 18:16 1 baxış Admin
Belçikada "Qərbi Nil"ə yoluxma sayı 10 oldu

Belçikada Qərbi Nil virusuna yoluxduğu ehtimal edilən şəxslərin sayı 10-a çatıb.

News24.az xəbər verir ki, yeni hallar ölkənin Flamand bölgəsində və paytaxt Brüsseldə aşkarlanıb.

Flamand bölgəsində təsdiqlənmiş və ehtimal olunan yoluxma hallarının sayı səkkizə yüksəlib. Brüsseldə isə iki nəfərin virusa yerli yolla yoluxduğu güman edilir.

Məlumata görə, xəstələrdən biri nevroloji simptomlarla xəstəxanaya yerləşdirilib və daha sonra sağalıb. Brüsseldə yoluxduğu ehtimal edilən digər şəxs də sağalıb.

Qeyd edək ki, Qərbi Nil virusu əsasən Culex ağcaqanadlarının sancması ilə ötürülür. Virusa yoluxanların təxminən 80 faizində simptom müşahidə olunmur. Digər hallarda isə qızdırma, halsızlıq, baş və əzələ ağrıları kimi əlamətlər yarana bilər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər