Səudiyyə Ərəbistanına PUA hücumu: 2 nəfər öldü
17 Sep 2026, 18:11
1 baxış
Admin
Səudiyyə Ərəbistanının Taif şəhərində havada məhv edilən, Husilərə məxsus pilotsuz təyyarənin qalıqlarının yerə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Bildirilib ki, Yəməndən buraxılan pilotsuz təyyarə Taif şəhəri üzərində məhv edilib. Qəlpələrin şəhərə düşməsi nəticəsində bir Yəmən vətəndaşı ölüb, Səudiyyə Ərəbistanı və Pakistan vətəndaşı yaralanıb. Pakistan vətəndaşının vəziyyətinin ağır olduğu qeyd edilib.
Hadisə nəticəsində bəzi binalara və nəqliyyat vasitələrinə də ziyan dəyib.
Mənbə:
news24.az