Dünya

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

17 Sep 2026, 19:31 1 baxış Admin
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"da canlı yayımına qoşulub.
Vaşinqtonda yerləşən məscidə daxil olan "Adil Black" "Kolyaka"nın təklifi ilə məbəddə ibadət edənlərə məhəl qoymadan söyüşlər, nalayiq ifadələr işlədib.
Maraqlı məqamlardan biri də canlı yayıma onlarla yanaşı, "Niko AAC" ləqəbli başqa bir tiktokerin qoşulmasıdır. Onun milliyyəti bəlli olmasa da, adının əvvəlinə erməni bayrağı qoşur.
İnanclı insanların heysiyyətini nəzərə alaraq sözügedən videodakı nalayiq ifadələr olan hissələri səssizə alaraq təqdim edirik:

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər