Dünya

Sosial şəbəkə həyatını xilas etdi: Tanımadığı şəxs böyrəyini bağışladı

17 Sep 2026, 19:00 1 baxış Admin
Sosial şəbəkə həyatını xilas etdi: Tanımadığı şəxs böyrəyini bağışladı

Böyük Britaniyada böyrək çatışmazlığından əziyyət çəkən qadın sosial media vasitəsilə donor tapıb.

News24.az xəbər verir ki, Karen Deyvi ailəsi və dostları arasında uyğun donor tapa bilmədiyi üçün sosial şəbəkələrdə kömək üçün post paylaşıb.

Paylaşımı təsadüfən görən 60 yaşlı Qari Sammerfild Kareni tanımasa da, ona donor olmaq qərarına gəlib. Müayinələrdən sonra onun uyğun donor olduğu müəyyənləşib.

Kardiffdəki Uels Universitet Xəstəxanasında altı saat davam edən əməliyyatla böyrək transplantasiyası həyata keçirilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər