Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!"
17 Sep 2026, 16:21
1 baxış
Admin
Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində qəribə olay yaşanıb.
"Bakupost" xəbər verir ki, avtobus sürücülərdindən biri sərnişinləri nəqliyyat vasitəsindən düşürtməyə çalışıb.
Bu barədə bloger Saleh Nəsirov sosial şəbəkə hesabında video paylaşıb.
Sözügedən hadisə ötən gün saat 12:50 radələrində "79" saylı avtobusda yaşanıb.
Qeyd edilib ki, 20 Yanvar ərazisində marketlə üzbəüz yolda, "79" saylı avtobusun sürücüsü sərnişinləri nəqliyyat vasitəsindən düşürməyə çalışıb.
Sərnişinlər yaranmış vəziyyətə etiraz etdikdə isə sürücü "Hara yığırsan, yığ!" - deyə onlara cavab verib.
Həmin görüntüləri təqdim edirik:
Mənbə:
bakupost.az