Bərdədə xəstəxananın həyətində doğuş oldu
14 Sep 2026, 13:06
1 baxış
Admin
Bərdədə doğuş xəstəxananın həyətində baş verdi – həkimlər operativ müdaxilə etdi
10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.
Həkimlərin çevik və peşəkar müdaxiləsi nəticəsində ana və körpəyə zəruri tibbi xidmətlər vaxtında göstərilib və nəticədə çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qız olan körpə dünyaya gəlib.
Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.
Mənbə:
news24.az