Cəmiyyət

Qadın doğuş xəstəxananın həyətində doğuş etdi

14 Sep 2026, 13:41 12 baxış Admin
Qadın doğuş xəstəxananın həyətində doğuş etdi

10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb. Qurumdan bildirilib ki, həkimlərin çevik və peşəkar müdaxiləsi nəticəsində ana və körpəyə zəruri tibbi xidmətlər vaxtında göstərilib və nəticədə çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qız olan körpə dünyaya gəlib.
Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər