Polad Bülbüloğlunun yeni həyat yoldaşı kimdir? - FOTO
Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı mediada yeni məlumat yayılıb. Onun üçüncü dəfə ailə həyatı qurduğu bildirilir.
News24.az xəbər verir ki, P.Bülbüloğlunun yeni həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır.
1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur.
E.Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə söykənir.
Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş “Qayıdış” adlı yubiley gecəsinin baş baletmeysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb.
Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var. publika.az