Subbakalavrlar niyə kəsildi?
26 Aug 2026, 11:59
1 baxış
Admin
“İxtisas seçimi nəticələrinə diqqət yetirəndə görürük ki, subbakalavrlar üçün seçim uğursuz oldu. 80-90 balla kollec məzunları kəsiliblər”.
"Bakupost" xəbər verir ki, bu sözləri təhsil meneceri Seymur Hüseyn bildirib.
Onun sözlərinə görə, buna səbəb ixtisas seçimi öncəsi tətbiq olunan yeni qaydalar olub:
“Belə ki, ixtisasların minimal bal tələbi 150 bala endirildi. Nəticədə bu, daha az bal toplayan abituriyentlərin universitetə qəbul olmasına səbəb oldu, amma kollec məzunlarının isə yolunu bağladı. Bunun açıqlaması budur ki, əslində universitetlər subbakalavr qəbul etmək istəmirlər.
Düşünürəm ki, zamanla subbakalavrların kollecdən universitetə yönəlməsini tamamilə ləğv edəcəklər. Kollec məzunları üçün ayrıca plan yerləri ayrılmalıdır ki, onlar həmin plan yerləri uğrunda öz aralarında rəqabət apara bilsinlər".
Lalə, BakuPost
Mənbə:
bakupost.az