Dünya

Tanış olduqları qızlara görə 15-ci mərtəbədən tullandılar, öldülər

23 Oct 2026, 11:15 3 baxış Admin
Tanış olduqları qızlara görə 15-ci mərtəbədən tullandılar, öldülər

Rusiyanın Barnaul şəhərində iki yeniyetmə oğlan yeni tanış olduqları qızlara görə çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən tullanaraq həyatını itirib.

News24.az xəbər verir ki, faciə bir neçə gün əvvəl Lenin prospektində baş verib.

Onlar qızlara çoxmərtəbəli binanın damından tullana biləcəklərini deyiblər.

Qızlar bunun zarafat olduğunu düşünüblər və onların sözlərinə əhəmiyyət verməyiblər. Lakin bir neçə dəqiqə sonra yeniyetmələr binanın 15-ci mərtəbəsinə qalxaraq aşağı tullanıblar.

Nəticədə hər iki yeniyetmə hadisə yerində ölüb.

İlkin məlumata görə, yeniyetmələr sərxoş olublar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər