Dünya

Rusiyada sərnişin qatarı yük maşını ilə toqquşdu

07 Sep 2026, 15:35 53 baxış Admin
Rusiyada sərnişin qatarı yük maşını ilə toqquşdu

Rusiyanın Ural bölgəsində sərnişin qatarı yük maşını ilə toqquşub.

News24.az xəbər verir ki, Ural Nəqliyyat Prokurorluğunun məlumatına görə, qəza Kukuştan və Yerqaç stansiyaları arasında baş verib.

Toqquşma nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Qatarların hərəkəti müvəqqəti dayandırılıb və nəticədə reysdə təxminən 30 dəqiqə gecikmə yaranıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər