Dünya

61 yaşlı Monika Belluççinin gecə görüntüsü gündəm oldu – FOTO

19 Sep 2026, 22:57 1 baxış Admin
61 yaşlı Monika Belluççinin gecə görüntüsü gündəm oldu – FOTO

Dünyaca məşhur aktrisa Monika Belluççi Monako Knyazı Fondunun 20 illiyinə həsr olunmuş və Monte-Karlo Operasının Qarnye zalında təşkil edilən təntənəli qala-gecədə iştirak edib.

News24.az “Nice-Matin” nəşrinə istinadla xəbər verir ki, 61 yaşlı ulduz gecədə öz cazibədarlığı ilə diqqət mərkəzində olub.

Monika Belluççi tədbirə dərin dekolteli, bədənə oturan qara libasda qatılaraq kameralara poz verib. Aktrisanın imicini almaz qaşlı boyunbağı və üzüklər tamamlayıb.

Aktrisanın yeni görüntüsünü təqdim edirik: (Qafqazinfo)

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər